Siyasət

Milli Məclisdə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilir

  • 15 Nov 2018
  • 438 baxış

Milli Məclisdə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilir



Noyabrın 15-də Milli Məclisin plenar iclasında 2019-cu il üçün dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilir.

XalqTv.com xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açıb.

Əvvəlcə Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev parlamentin gələnilki xərclər smetası barədə məlumatı diqqətə çatdırıb. Bildirilib ki, Milli Məclisin və onun Aparatının 2019-cu il üçün xərclər smetasının layihəsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq ştat cədvəllərinə, inzibati binalarında, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələrə və proqnozlara əsasən tərtib edilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 27 milyon 69 min 600 manat vəsait nəzərdə tutulub. Xərclər smetasının ümumi dəyərinin 68,5 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir.

Deputatlar məsələ ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR