idman

“Qəbələ”nin nümayəndələri UEFA-nın forumunda iştirak ediblər

  • 15 Nov 2018
  • 419 baxış

“Qəbələ”nin nümayəndələri UEFA-nın forumunda iştirak ediblər



İsveçrənin Nyon şəhərində UEFA Gənclər Liqasında çıxış edən klubların nümayəndələri üçün məşqçi forumu keçirilib. Tədbir Avropa Futbol Evində təşkil olunub. Tədbirə yarışın ikinci mərhələsinə yüksələn “Qəbələ” klubunun təmsilçiləri də qatılıblar.

XalqTv.com xəbər verir ki, “Qəbələ”nin futbol akademiyasının meneceri Nail Kərimov və U-19 komandamızın baş məşqçisi Emin İmaməliyev forum iştirakçıları arasında yer alıblar.

Forumun ilk günündə müxtəlif mövzularda mühazirələrə yer verilib, həmçinin iştirakçılar Hollandiyanın “Ayaks” klubundakı məşqçi metodologiyası, Fransa “Lion”unun akademiyasındakı təşkilatı işlərin necə qurulması ilə tanış olublar. Nümayəndələr arasında UEFA Gənclər Liqası turniri ilə bağlı fikir mübadilələri aparılıb. İlk gün qonaqlar arasında futbol matçı ilə yekunlaşıb.

Forumun ikinci günündə də tədbir iştirakçıları mühazirələr dinləyiblər. Mərasimə Avstriya “Zaslburq”unun baş məşqçisi Marko Rosenin mühazirəsi ilə yekun vurulub.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR