idman

Dünyanın ən məşhur idmançısı: Kriştianu

  • 31 May 2017
  • 201 baxış

Kriştianu Ronaldu dünyanın ən məşhur idmançısı hesab olunub.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, bu barədə araşdırmanı ABŞ-ın ESPN telekanalı aparıb.

Amerikalı həmkarlarımızın bir çox ölkələrdəki mütəxəssislərin köməyi ilə apardığı sorğunun nəticəsinə görə, portuqaliyalı futbolçu hər kəsi qabaqlayıb.
 
Onu NBA ulduzu Lebron Ceyms izləyir. Üçüncülük isə "Barselona" və Argentina millisinin hücumçusu Lionel Messiyə məxsusdur.
 
Tennisçi Roje Federerin 4-cü olduğu sıralamada ilk 5-i qolf ustası Fil Mikelson tamamlayıb.
 
İlk 10-luq aşağıdakı şəkildə formalaşıb.
 
1. Kristiano Ronaldu - futbol
2. Lebron Ceyms - basketbol
3. Lionel Messi - futbol
4. Roje Federer - tennis
5. Fil Mikelson - qolf
6. Neymar - futbol
7. Useyin Bolt - yüngül atletika
8. Kevin Dürant - basketbol
9. Rafael Nadal - tennis
10. Tayqer Vuds - qolf

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR