Xəbərlər

Gəncə məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar

  • 14 Nov 2018
  • 1352 baxış

Gəncə məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar



Gəncə şəhər ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qrup noyabrın 14-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici tur-aksiyaya qoşulublar.

XalqTv.com-un bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Gəncədən olan iştirakçıları ilə görüşüb.

Şagirdlərlə söhbət edən Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, əsrlərlə qorunub saxlanan adət-ənənələrinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tur-aksiya çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinə səfər edən məktəblilər, eyni zamanda, müstəqillik illərində qazanılan nailiyyətlərlə yaxından tanış olmaq imkanı qazanırlar.

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov qeyd edib ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası vasitəsilə şagirdlər məktəbdə qazandıqları nəzəri bilikləri möhkəmləndirəcəklər. Bu səfər məktəblilərin dünyagörüşünün artmasına da kömək edəcək.

Orta məktəb şagirdləri maarifləndirici tur-aksiyada iştirak etdiklərinə görə sevinclərini bölüşüb, yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkürlərini bildiriblər.

Qırx şagirddən ibarət qrup “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Masallı, Lənkəran və Astara rayonlarına yola düşüb. Şagirdlər cənub bölgəsinin tarixi, adət-ənənələri ilə tanış olacaqlar. Bununla yanaşı, onlar səfər etdikləri rayonlarda təşkil olunan intellektual yarışlara da qatılacaqlar.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR