Veriliş

"Həkim Yazarlar"

  • 12 Nov 2018
  • 16058 baxış

Bu gün(12.11.2018) Xalq TV -nin icraçı direktoru və QafqazmediaTV-nin sədri Hacı Azadə Hüseynovanın təqdimatında XalqTv-nin efirində yayımlanan "Həkim Yazarlar" verlişinin 2-ci çəkilişi baş tutdu.Verlişin bu günkü həkim -yazar qonağı Medera Hospitalının şöbə müdiri,Azərbaycan Yazıçılar Birliyinin üzvü,AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri,İlesam Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü,MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laueratı,Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvü Şahin Musaoğlu oldu.Azadə xanımla həm söhbət olan Şahin müəllim özü və yaradıcılığı haqqında danışdı.

Bu günkü verilişin Azərbaycan Respublikasının Konstitusiya gününə təsadüf etməsi münasibəti ilə hərbi diktor, tanınmış vətənpərvər mahnıların ifaçısı,eloğlum Şəmistan Əlizamanlının ifasında səslənən, sözləri Şahin Musaoğluna aid vətənpərvər mahnılarından olan "İgid Əsgər", "Cənab Leytinat" və "Vətən Çağırır" adlı musiqilər səsləndi.Eyni zamanda verlişə dəvət alan XalqTV-nin solistli Leyla Şərifova sözələri Zivər Ağayeva və müsiqisi Rauf Məmmədova aid olan Azərbaycan SSRİ-nin xalq artisti,dünya şöhrətli müğənni,millət vəkili Zeynəb Xanlarovanın repertuarından "Yaşa Azərbaycan" mahnısını ifa etdi.Daha sonra Şahin Musaoğlu öz yeni şeirlərini XalqTv-nin efirindən izləyicilərimiz üçün səsləndirdi.Şair-yazar,nasir,həkim-bəstəkar Şahin Musaoğluna müsahibə üçün təşəkkürlərimizi bildirirəm.

4 kitab müəllifi olan Şahin Musaoğlu yeni çapdan çıxmış "Ağ ümid" adlı kitabını XalqTv-nin Prezidenti Hidayət Möhnətova hədiyyə etdi.







XalqTV

Mənsurə Həşimova

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR