idman

Azərbaycan idmançıları WK-1 versiyası üzrə beynəlxalq turnirdə üç qızıl medal qazanıblar

  • 12 Nov 2018
  • 416 baxış

Azərbaycan idmançıları WK-1 versiyası üzrə beynəlxalq turnirdə üç qızıl medal qazanıblar


İdmanın WK-1 versiyası üzrə Tbilisidə keçirilən peşəkarlar arasında ikinci beynəlxalq reytinq döyüşlərində Azərbaycan təmsilçiləri 3-ü qızıl olmaqla 5 medal qazanıblar.

XalqTv.com xəbər verir ki, peşəkarlar arasında beynəlxalq reytinq yarışında Murad Babayev (71 kq) və Cavidan Cəfərli (54 kq), nümunəvi döyüşdə isə yeniyetmə idmançımız Amin Talıbov (33 kq) qızıl medala sahib olublar. Babək Qəmbərov (57 kq) və Emin Bəşirov (67 kq) isə yalnız final görüşündə uduzaraq, yarışı gümüş medallarla başa vurublar.

Azərbaycanın “Qartal” Peşəkar İdman Klubunun, Gürcüstanın Tayboksinq və Kikboksinq Federasiyasının birgə təşkil etdiyi çempionatda altı ölkədən - Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan və İrandan 22 idmançı mübarizə aparıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR