Dünya

Puerto-Rikoda iqtisadi böhran: 200-ə yaxın məktəb bağlanacaq

  • 06 May 2017
  • 33212 baxış

Puerto-Rikoda iqtisadi böhran səbəbindən 184 dövlət məktəbi bağlanacaq.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bunu ölkənin təhsil departamentinin rəhbəri Yolanda Rosali bəyan edib.
 
Onun sözlərinə görə, mayın sonunadək təxminən 27 min şagird digər təhsil ocaqlarına köçürüləcək.
 
Puerto-Rikoda 1292 məktəb fəaliyyət göstərir, ümumilikdə məktəblərdə 365 min şagird təhsil alır.
 
Qeyd edək ki, ölkənin dövlət borcu 70 milyard dollar dəyərində qiymətləndirilir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR