Xəbərlər

Sabah havanın dəyişkən buludlu olacağı gözlənilir

  • 12 Nov 2018
  • 838 baxış

Sabah havanın dəyişkən buludlu olacağı gözlənilir


Ölkə ərazisində noyabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XalqTv.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 11-13° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar

yağacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı bildirilir. Gündüz yağışda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-6° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Gündüz yağışda fasilə olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-14° isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağışda fasilə olacaq. Bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-13° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-13° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-9° isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən Noyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, havada rütubətin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR