Xəbərlər

Abşeronlu tələbələr Bursa şəhərində “Bayraq yürüşü”ndə iştirak ediblər

  • 12 Nov 2018
  • 1104 baxış

Abşeronlu tələbələr Bursa şəhərində “Bayraq yürüşü”ndə iştirak ediblər


Abşeronlu gənclər Türkiyənin Bursa şəhərində 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə keçirilən “Bayraq yürüşü”ndə iştirak ediblər.

XalqTv.com xəbər verir ki, əvvəlcə iştirakçılar Uludağın ətəyində yerləşən Heydər Əliyev Parkını ziyarət edərək, Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin xatirəsini ehtiramla anıblar. Bursa Texnik Universitetindən “Bayraq yürüşü”nə başlayan yüzlərlə azərbaycanlı tələbə Bursanın mərkəzi meydanında yürüşü yekunlaşdırıblar. Yürüş boyunca iştirakçılar “Üç rəngli bayrağımız heç zaman enməz!”, “Dövlət müstəqilliyimiz əbədi, dönməz və sarsılmazdır!”, “Yaşasın müstəqil və azad Azərbaycan!” şüarları səsləndiriblər.

Yürüş iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar.

“Bursa meydanı”nda keçirilən tədbirdə Bursa Texnik Universitetinin tələbəsi Zəka Nəsirzadə ölkəmizin müstəqillik tarixi haqda ətraflı danışıb, üçrəngli bayrağımızın 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edildiyini diqqətə çatdırıb.

Yürüşün sonunda abşeronlu gənclər - Təmraz Həsənov və Zəka Nəsizrzadə tərəfindən 200-dən çox Bursa sakininə üçrəngli bayrağımız hədiyyə edilib.

Qeyd edək ki, 2008-ci ilin iyun ayında Bursa bələdiyyəsi ilə Abşeron Rayon İcra Hakimiyyəti arasında əldə edilmiş razılaşmaya əsasən, Bursa ilə Abşeron rayonu qardaşlaşıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR