Hadisə

Azərbaycanda faciəvi şəkildə ölən 1 yaşlı uşağın atası ilə FOTOsu

  • 11 Nov 2018
  • 15985 baxış

Ötən gecə Saatlı rayonunun Bəylik kəndində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar dəqiqləşib.

XalqTV.com publika.az-a istinadən xəbər verir ki, "Opel Vectra" markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində vəfat edən şəxslərin sürücü, 5 fevral 1984-cü il təvəllüdlü Qəmbərov Şamo Səlamət oğlunun həyat yoldaşı Kəmalə Qənbərova ilə 1 yaşlı oğlu Raufun olduğu müəyyənləşib. Məlumata görə, sürücü Ş.Qənbərov VİB LTD şirkətində çalışır. O, ailəsi ilə rayona gedəndə dəhşətli qəza baş verib.

Şamo Qənbərovun və körpə övladının bəzi fotolarını təqdim edirik.

Allah rəhmət eləsin.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR