Veriliş

İlyas Adıgözəlinin 80 Illik Yubileyi

  • 10 Nov 2018
  • 155374 baxış

Azərbaycan Respublikasının əməkdar jurnalisti,Borçalı el-obasının ağsaqqalı İlyas Adıgözəlinin 80 illik yubileyi ilə əlaqədar olaraq bu gün (08.11.2018)  Beynəlxalq Mətbuat Mərkəzində mətbuat şurasının  ahıl jurnalistlər məclisində tədbir keçirildi.Tədbirdə bir çox ziyalılar yer aldılar.Həmin tədbirin açılışını mətbuat şurasının sədri,millət vəkili Əflatun Amaşov etdi.İlk öncə o, İlyas müəllimə öz arzularını diləyib gələn qonaqları salamladı,daha sonra isə çıxışı davam etdirmək üçün sözü Əməkdar Mədəniyyət işcisi Məzahir Süleymanzadəyə verdi.








İlyas Adıgözəlinin yubileyi ilə əlaqədar olaraq həmin tədbirə toplaşan dəyərli insanlar ayrı ayrılıqda öz ürək sözlərini İlyas müəllimə ünvanladılar.

Qafqaz-Media İctimai Birliyinin sədri ,Prezident təqaüdcüsü,XalqTV-in icraçı direktoru Hacı Azadə Hüseynova və XalqTV-in rəhbəri Hidayət Möhnətov  çıxış edərək,İlyas Adıgözəlliyə doğum günü hədiyyəsi olaraq Qafqaz-Media İctimai Birliyinin təsis etdiyi “Ustad qələm sahibi” diplomunu hədiyyə etdilər.




Daha sonra tədbir iştirakçılarından Həmid Vəliyev,Sabir Mahmudov, Oktay Rza, Leyla Məmmədəliyeva,şair tərcüməçi Gia Paçxataşvili, Xalq artisti Eldost Baramov və digər qonaqlar çıxış etdilər.

İlyas Adıgözəlinin oğlu əməkdar jurnalist Fikrət Adıgözəlidə çıxış etdi və sonda mətbuat Şurasının sədri Əflatun Amaşova,Məzahir Süleymanzadəyə və bu tədbirin işiqlandırılmasında göstərdiyi dəstəyə görə XalqTV-yə,eyni zamanda iştirak edən qonaqların hər birinə öz dərin təşəkkürünü bildirdi.




XalqTv.com

Mənsurə Həşimova

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR