Veriliş

"Günü Bu Gün" - Xatirə Xatun (08.11.2018)

  • 10 Nov 2018
  • 155406 baxış

XalqTV-nin efirində yayımlanan "Günü Bu Gün" adlı verlişimiz gözəl,gənc və istetadlı şairəmiz Xatirə Xatunun kitabının təqdimatına həsr olundu."Unut Məni Unutmağı" adlı kitabın təqdimatı ilə bağlı tədbir Yazarlar Birliyinin Natavan kulubunda baş tutdu.Həmin təqdimatda yer alan qonaqlar içərisinndə bir çox tanınmış sima və dəyərli ziyalılarımız da yer aldılar.Həmin təqdimatın açılışını Ulduz jurnalının baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü, Azərbaycanın əməkdar jurnalisti  Qulu Zeynalov etdi.

Daha sonra XalqTV-nin İcraçı direktoru,Qafqaz-Media İctimai Birliyinin sədri,Prezident təqaüdcüsü Hacı Azadə Hüseynova və XalqTV-nin direktoru Hidayət Möhnətov Xatirə xanımın ünvanına xoş sözlər ünvanladılar və bu gün münasibətiylə Xatirə xanımı hədiyyə olaraq Qafqaz-Media İB-nin təsis etdiyi "Qobustan" diplomu ilə təltif etdilər.Eyni zamanda XalqTV-in aparıcısı Mənsurə Həşimovanın "Günü Bu Gün" adlı verlişini məhz Xatirə xanıma həsr olunacağını bildirdilər.

Daha sonra həmin təqdimata qatılan şairə Nuridə Misir,şairə Sudabə Səvri, əməkdar müəllim Oktay Rza XalqTV mikrafonunu vasitəsi ilə Xatirə Xatuna öz öz ürək sözlərini və təbriklərini ünvanladılar.

"Günü Bu Gün" adlı verlişimizin üzümüzə gələn çəkilişlərində görüşmək ümidi ilə.XalqTv-nin efirində qalmağı unutmayın. 


İndi isə həmin verlişdən olan görüntülər sizlərlə:  


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR