idman

"Qarabağ"ın Ukraynadan Bakıya dönüşü təxirə salınıb - Hava şəraitinə görə

  • 09 Nov 2018
  • 1144 baxış

"Qarabağ"ın Ukraynadan Bakıya dönüşü təxirə salınıb - Hava şəraitinə görə


"Qarabağ" komandasının Ukraynada "Vorskla" ilə keçirdiyi Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra Bakıya dönüşü təxirə salınıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, Poltava hava limanından yola düşməli olan təyyarənin uçuşu bu gün saat 12:00-da gerçəkləşəcək.

Səbəb kimi hava şəraitinin uçuş üçün əlverişsiz olması göstərilib.

Qeyd edək ki, görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR