Xəbərlər

Mütəxəssislər ölkələrin ekoloji vəziyyətini araşdırıblar

  • 09 Nov 2018
  • 1174 baxış

Mütəxəssislər ölkələrin ekoloji vəziyyətini araşdırıblar


Avropa alimlərinin apardıqları tədqiqatlarda Dünya ölkələrinin ekoloji vəziyyəti araşdırılıb.

XalqTv.com xarici saytlara istinadla xəbər verir ki, mütəxəssislər Avropanın 70 şəhərinin ekoloji vəziyyəti barədə sakinlər arasında sorğu keçiriblər. Sorğunun aparılmasında əsas məqsəd havanın və suyun çirklilik səviyyəsini öyrənmək olub. Müəyyən edilib ki, Dünyada ən təmiz hava Finlandiyadadır. Ekoloji baxımdan daha təmiz ölkələrin isə İslandiya, Estoniya, İsveç və Norveç olduğu müəyyən edilib.

Ekoloji baxımdan ən acınacaqlı vəziyyətin Monqolustanda olduğu aydınlaşıb. Bu sırada növbəti yerləri Əfqanıstan və Myanma tutur.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR