Xəbərlər

Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunacaq

  • 09 Nov 2018
  • 383 baxış

Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunacaq


Noyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunacaq.

AMEA-dan XalqTv.com-a bildirilib ki, tədbirdə görkəmli dövlət və elm xadimləri, səfirliklərin, ictimai və beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrdən qonaqlar iştirak edəcəklər.

Geologiya və Geofizika İnstitutu uzun illər geoloji elmlərin inkişafına, respublika ərazisinin geoloji quruluşunun, geodinamik şəraitinin, palçıq vulkanizminin və geoloji proseslərin riyazi modellərinin öyrənilməsi sahəsində fundamental və tətbiqi məsələlərin həllinə, həmçinin Azərbaycanın mineral-xammal bazasının yaradılması və möhkəmlənməsinə, neft strategiyasının həyata keçirilməsinə böyük töhfələr verib.

Fəaliyyət göstərdiyi 80 il ərzində bu müəssisədə üçölçülü modelləşmə əsasında istilik rejiminin təkamülü, neft-qazəmələgəlmə ocaqlarının zaman və məkanda rekonstruksiyası, flüidlərin kollektor səciyyələri və faza hallarının qiymətləndirilməsi, Azərbaycanın depresion zonalarının pliosen-dördüncü dövr çöküntülərinin geotermal enerji ehtiyatlarının kəmiyyətcə qiymətləndirilməsi və onların istifadəsi üçün ilkin obyektlərin ayrılması kimi mühüm nailiyyətlər əldə olunub. Həmçinin Azərbaycan geologiya elminin korifeyləri tərəfindən elmi məktəblər yaradılıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR