idman
Beqoviçi 10 milyon funta satacaqlar
"Chelsea"nin qapıçısı Asmir Beqoviç yay fasiləsində klubu tərk edə bilər. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, bosniyalı qapıçı ilə "Bournemouth" ciddi maraqlanır. "Zadəganlar" onu 10 milyon funta satmağa razıdır. Beqoviç "Bournemouth"la şəxsi müqaviləni razılaşdırıb tibbi müayinədən keçəndən sonra transfer rəsmən elan ediləcək.
29 yaşlı qapıçı 2015-ci ildə "Chelsea"yə "Stoke City"dən keçib. Onun London klubu ilə 2019-cu ilin yayına kimi müqaviləsi var.
XalqTV.com
RƏYLƏR