Mədəniyyət

Murmanskda milli mədəniyyətlər festivalı keçirilib

  • 05 Nov 2018
  • 412 baxış

Murmanskda milli mədəniyyətlər festivalı keçirilib

Murmanskda Xalq Birliyi Gününə həsr edilmiş “Kola Zapolyaryesinin bayrağında milli naxışlar” adlı milli mədəniyyətlər festivalı keçirilib.

Murmanskdakı “Azərbaycan” milli-mədəni muxtariyyətinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov XalqTv.com-a bildirib ki, tədbir xalq mədəniyyətinin qorunub saxlanması, inkişafı və təbliğ edilməsi, vilayətin ərazisində yaşayan xalqlar arasında dostluğun və mədəni əlaqələrin genişləndirilməsi, etnoslararası və millətlərarası ünsiyyətin möhkəmlədilməsi məqsədilə təşkil edilir.

Festivalda milli mədəni birliklər və etnomədəniyyət istiqamətlərini təmsil edən qruplar, ənənəvi xalq mədəniyyətinin qorunub saxlanılması ilə məşğul olan milli-mədəni birliklərin kollektivləri, həmçinin Murmansk vilayətində yaşayan milli diasporların nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, tədbirdə Murmansk vilayətindəki “Azərbaycan” milli-mədəni muxtariyyətinin və RAGB-in yerli nümayəndəliyinin fəal üzvləri olan həmyerlilərimiz də iştirak ediblər.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR