idman

Rəşad Yelkiyev Avropa birinciliyində bürünc medal qazanıb

  • 03 Nov 2018
  • 384 baxış

Rəşad Yelkiyev Avropa birinciliyində bürünc medal qazanıb


Macarıstanın Qyor şəhərində 23 yaşadək cüdoçular arasında Avropa çempionatı keçirilir.

Azərbaycan Cüdo Federasiyasından XalqTv.com-a bildiriblər ki, millimiz mötəbər yarışın birinci günündə aktivinə bir medal yazdırıb.

Altmış kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Rəşad Yelkiyev bürünc medal qazanıb.

Qeyd edək ki, 37 ölkədən 297 (178 oğlan, 119 qız) cüdoçunun qüvvəsini sınadığı qitə çempionatında Azərbaycan millisi 12 cüdoçu ilə təmsil olunur.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR