idman

Azərbaycanın idman gimnastları Qətərdə dünya çempionatında iştirak ediblər

  • 03 Nov 2018
  • 398 baxış

Azərbaycanın idman gimnastları Qətərdə dünya çempionatında iştirak ediblər


Qətərin paytaxtı Dohada kişi və qadın idman gimnastikası üzrə 48-ci dünya çempionatı başa çatıb.

XalqTv.com xəbər verir ki, ən güclülərin müəyyənləşdiyi turnirdə Azərbaycan komandası Murad Ağarzayev, Timur Bayramov, Dariy Morozov, İvan Tixonov, Nikita Simonov və qadınlar arasında Marina Nekrasovadan ibarət gimnast heyəti ilə təmsil olunub.

Azərbaycan idmançılarından ən yaxşı nəticə ilə Nikita Simonov fərqlənməyi bacarıb. Millimizin üzvü dünya nəhənglərinin sırasına daxil ola bilmək üçün bütün gücünü toplayaraq, ona olan ümidləri doğrultmağa çalışıb. Belə ki, bir neçə ay öncə qitə birinciliyində çıxış edən Nikita halqalarla çıxışını 12-ci yerdə başa vurmuşdu. Bu dəfə isə sevimli aləti halqalarda öz proqramını daha da mükəmməlləşdirməsi gimnastımızı məhz dünya çempionatında 194 gimnast arasında 7-ci edib.

Qarşıda isə gimnastlarımızı növbəti ciddi start, Olimpiya Oyunlarına təsnifat yarışları gözləyir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR