Xəbərlər

Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 17 santimetr azalıb

  • 03 Nov 2018
  • 336 baxış

Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 17 santimetr azalıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 50-120, Lənkəran-Astara bölgəsi çaylarında 100-200, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.

Departamentdən XalqTv.com-a bildiriblər ki, noyabrın 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 126 kubmetr olmaqla ongünlük normanın 67 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 84 kubmetr təşkil etməklə ongünlük normanın 100 faizinə bərabər olub.

Noyabrın 2-də Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 18, Salyanda 10, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 17 santimetr azalma müşahidə edilib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362, Şirvanda 235, Salyanda 187, Bankədə 202, Araz çayının Novruzlu məntəqəsində isə 70 santimetrə bərabərdir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR