SAĞLAMLIQ

Tibb Universitetində rezidentlərin bacarıq imtahanları keçirilib

  • 03 Nov 2018
  • 417 baxış

Tibb Universitetində rezidentlərin bacarıq imtahanları keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rezidentlərin yekun attestasiya imtahanlarının 2-ci hissəsi – bacarıq imtahanları keçirilib.

Universitetin mətbuat xidmətindən XalqTv.com-a bildiriblər ki, ATU-nun rezidentura və magistratura şöbəsinin müdiri, professor Rizvan Məmmədovun sözlərinə görə, rezidentlərin bacarıq imtahanları uğurla başa çatıb: “Birinci mərhələni yəni, 38 ixtisas üzrə keçirilən test imtahanını uğurla keçən rezidentlər ikinci mərhələyə buraxılıblar. İkinci mərhələdə 15 nəfər rezident imtahandan kəsilib. 21 nəfər müxtəlif səbəblərdən imtahanda iştirak etməyib”.

R.Məmmədov imtahan prosesi zamanı problemə rast gəlinmədiyini bildirib: “Bəzi fənlər üzrə sualların dəyişdirilməsi məsələsi müzakirə olundu. Xüsusilə də, bacarıq imtahanlarında bəzi ixtisaslar üzrə təkrar suallar vardı. Bu sualların dəyişdirilməsi gələn ilə planlaşdırılır”.

Qeyd edək ki, bu il 41 bazadan ümumilikdə 330 nəfər yekun attestasiyasına buraxılıb ki, onlardan da 127 nəfəri ATU-nun məzunlarıdır. Ümumilikdə rezidenturaya aid 38 ixtisas üzrə 375 nəfər yekun attestasiyadan keçib.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45769 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 609 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 716 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO