Şou Bİznes

Qızı atası üçün mahnı oxudu... - Miri Yusifin ad günündən görüntülər - VİDEO - FOTO

  • 03 Nov 2018
  • 522 baxış

Əməkdar artist Miri Yusif özünə və oğlu Miri Cahidə ad günü edib.

XalqTV.com qafqazinfo-ya istinadən xəbər verir ki, müğənninin 41, övladının isə 1 yaşı tamam olub.

Bakının məşhur restoranlarının birində baş tutan gecədə incəsənət dünyasının bir neçə tanınmış simaları, Miri Yusifin yaxın dostları iştirak ediblər.

Xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist Sevda Ələkbərzadə, müğənnilər Günay İbrahimli və Azad Şabanov gecədə iştirak edən məşhurlar sırasında olub.

Məclisdə baş verən digər maraqlı məqam isə ifaçının qızı Adelyanın atasını mahnı oxuyaraq təbrik etməsi olub.  Ad günündən çəkilən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:
Qızı atası üçün mahnı oxudu... - Miri Yusifin ad günündən görüntülər

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR