Siyasət

Makron parlamenti də ələ keçirə bilər

  • 08 May 2017
  • 238 baxış

"Emmanuel Makronun Fransada prezident seçkisindəki qələbəsi işin yarısıdır. İndi əsas məsələ iyunda parlament seçkisində qələbə çalmaqdır".

XalqTV.com xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, çünki müxalifət parlamentdə səs çoxluğu əldə etsə, Makron müxalif baş nazirlə birgə işləmək məcburiyyətində qalacaq: "Bu halda islahatları sürətləndirmək çətin olacaq. Ancaq Makronun yüksək reytinqini nəzərə alaraq onun yeni yaratdığı hərəkatın parlament seçkisində səs çoxluğu əldə etməsi mümkündür".

Pünhan Mirzə

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR