Dünya

Türkiyə şirkətinin Tallinn limanındakı tankeri üzərinə qoyulmuş həbs tədbiri götürülüb

  • 02 Nov 2018
  • 388 baxış

QTürkiyənin “Palmali” şirkətinə məxsus “Bozdağ” tankeri bir ildən artıq Tallinn limanında saxlanılandan sonra limanın əsas kreditoru tanker üzərinə qoyulmuş həbs tədbirini götürüb. Tankerin rusiyalı heyəti qazandığı pulları alaraq vətənə qayıdacağına ümid edir.

Heyət üzvləri söyləyiblər ki, “Palmali” şirkəti yazda həmin tankeri “Qazprom-neft” şirkətinə satmağa hazırlaşırdı. Bunun əvəzinə “Bozdağ” uzun müddət Tallinn limanında boş dayanıb. Gəmi sahibi tankerin komandasını adambaşına gündə 7 avroluq yeməklə təmin edib.

XalqTV.com xəbər verir ki, tankerin heyəti 18 nəfərdən ibarətdir. Lakin hazırda gəmidə cəmi 5 nəfər qalıb. Onların vəzifəsi gəmini işlək vəziyyətdə saxlamaqdır.

Rusiyanın Estoniyadakı səfirliyindən verilən məlumata görə, vəziyyəti diqqətlə izləyən diplomatlar dənizçilərin vətənə qayıtmasına kömək etməyə hazırdırlar.

Səfərlikdə, həmçinin vurğulayıblar ki, “Palmali” şirkətinin rəhbərliyi hələ oktyabrın əvvəlində diplomatları əmin edirdi ki, tanker və onun heyəti ilə bağlı problem tezliklə həll olunacaq.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR