idman

Azərbaycanın 3 kişi şahmatçısı FIDE reytinqində irəliləyib

  • 01 Nov 2018
  • 407 baxış

Azərbaycanın 3 kişi şahmatçısı FIDE reytinqində irəliləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2018-ci ilin noyabr ayı üçün reytinq siyahısını açıqlayıb.

XalqTv.com report.az-a istinadən xəbər verir ki, kişi şahmatçıların ilk "100-lüy"ündə Azərbaycanın 6 qrossmeysteri yer alıb. Şəhriyar Məmmədyarov 2820 xalla 3-cü pillədə qalıb. Siyahıya 2835 xalla norveçli Maqnus Karlsen başçılıq edir. ABŞ şahmatçısı Fabiano Karuana 2832 xalla 2-ci yerdədir.

Dörd pillə irəliləyərək, 14-cü sıraya yüksələn Teymur Rəcəbovun 2757 xalı var. Arkadi Naydiç 2736 xalla 20-cidir. O, mövqeyini 9 pillə yaxşılaşdırıb. Altı pillə irəliləyən Rauf Məmmədov 2699 xalla 40-cı sıradadır.

Eltac Səfərli 2671 xalla 72-ci yerdədir. O, 5 pillə geriləyib. Qədir Hüseynov isə 8 pillə enib. O, 2664 xalla 82-ci sıradadır.

Qadınların "100-lüy"ündə isə Azərbaycan şahmatçılarının sayı 3-ə yüksəlib. 13 pillə geriləyərək 2422 xalla 46-cı yerdə qərarlaşan Günay Məmmədzadəyə Xanım Balacayeva və Gülnar Məmmədovaqoşulub. Onlar müvafiq olaraq, 2397 xalla 63-cü və 2368 xalla 97-ci sıradadırlar.

Qadınların siyahısına 26 58 xalla çinli Hou İfan başçılıq edir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR