Dünya

Avropa səhiyyəsində bir ilk həyata keçirilir

  • 31 Oct 2018
  • 16403 baxış

Avropa səhiyyəsində bir ilk həyata keçirilir

İspaniyada xəstələrə bəzi dərman preparatlarının tibb bacılarının təyin etməsinə imkan verən dekret qəbul edilib.

XalqTv.сom AZƏRTAC-a istinadən bildirir ki, sənəd artıq bu həftə qüvvəyə minib. Bu hadisə ölkədə qripə qarşı vaksinləmə kampaniyasının başlanması ilə bir vaxta düşüb. Həkimlə razılaşdırmadan pasiyentlərə peyvənd təyin etmək tibb heyətinin yeni səlahiyyətləri sırasındadır. Yalnız sağlamlıq durumuna görə əlavə müayinə tələb olunan hallar istisna təşkil edir.

Dekret oktyabrın 18-də Nazirlər Şurasında razılaşdırılıb. Orta tibb heyəti dərman preparatlarını protokol və təlimatlara tam müvafiq şəkildə təyin edəcək. Sənəd 2015-ci il tarixli əvvəlki normaların sadələşdirililməsinə və tibbi yardım göstərilməsinin daha səmərəli sisteminin yaradılmasına xidmət edir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR