idman

Yığmanın sabiq baş məşqçisindən şok açıqlama: Hakimiyyət tələb etdi ki, uduzaq

  • 31 Oct 2018
  • 15882 baxış

Yığmanın sabiq baş məşqçisindən şok açıqlama: Hakimiyyət tələb etdi ki, uduzaq

Əlcəzair yığmasının sabiq baş məşqçisi Rabah Saadan qalmaqallı açıqlama ilə gündəmə gəlib.

XalqTv.com komanda.az-a istinadən xəbər verir ki, Saadan Əlcəzair hakimiyyətinin, 2010-cu ildə Afrika Millətlər Kubokunun yarımfinalında Misirlə keçirilən oyunda, onlardan uduzmalarını tələb edib. Baş məşqçi bu tələbi rədd etdiyini bildirsə də, futbolçular tapşırığa əməl edərək, Misirə 0:4 hesabı ilə məğlub olublar:

"Bu qarşılaşmadan iki ay əvvəl biz Misiri məğlub edərək, DÇ-2010-un final mərhələsinə vəsiqə qazanmışdıq. Afrika Millətlər Kubokunun yarımfinalından əvvəl Əlcəzair hakimiyyəti mesaj göndərdi ki, oyunu Misirə verək.

Mən imtina etdim. Onlar dedilər ki, biz, onsuz da, DÇ-yə gedirik. Misirə Afrika Millətlər Kubokunda qalib gəlmək çox vacibdir. İmkan verməliyik ki, misirli qardaşlarımız bu kuboku qazanıb, evə yaxşı əhvalda qayıtsınlar.

Ancaq futbolçular meydana çıxanda vəziyyətin necə olduğunu anladım. Başa düşdüm ki, futbolçulara da tapşırıq verilib və onlar bu tapşırığa əməl edəcəklər".

Misir yığması 2010-cu ildə finalda Qanaya 1:0 hesabı ilə qalib gələrək Afrika Millətlər Kubokunu qazanıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR