Şou Bİznes

"Ufak Tefek"in Arzusu serialdan getdi - FOTO

  • 31 Oct 2018
  • 155295 baxış

"Ufak Tefek"in Arzusu serialdan getdi - FOTO



Star TV-də yayımlanan "Ufak Tefek Cinayetler"in Arzusu, aktrisa Tülin Özen serialdan ayrılıb.

XalqTv.com qafqazinfo-ya istinadən xəbər verir ki, layihənin ötən günkü seriyasında şok hadisə yaşanıb.  Belə ki, serialın Edipi öldürüldükdən sonra ikinci cinayət baş verib.

Arzuya naməlum bir avtomobil çırpılıb və obraz ölərək ekran işi ilə vidalaşıb. Onun layihədən uzaqlaşması barədə rejissor Ali Bilgin də məlumat verib.  O, İnstaqram-da T. Özenin "Ufak tefek"dən getdiyini qeyd edib.

İddia olunur ki, aktrisa öz istəyi ilə reytinqli layihədən uzaqlaşıb. T.Özen öz rolunun aqibətindən məmnun olmayıb, buna görə də, əməkdaşlığı sonlandırmaq qərarına gəlib.

Qeyd edək ki, serialın Mervesi  Aslıhan Gürbüz də bir neçə həftədir ki, layihədə rol almır.  Buna səbəb aktrisanın əməliyyat olunmasıdır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR