Şou Bİznes

Elza: “Mən yaxşının pozğunuyam"

  • 31 Oct 2018
  • 16295 baxış

"Əxlaqi adam" adlı şeirinə görə tənqid olunan əməkdar artist Elza Seyidcahan insanların onun barəsində nə düşündüklərinə əhəmiyyət vermədiyini deyib.

XalqTv.com bildirir ki, yenicag.az-a açıqlama verən sənətçi şeirində müzakirələrə səbəb olan "Mən pozğunam, sən də pozğun ol deyəcək" misrasına da aydınlıq gətirib:

"Qoy nə deyirlər desinlər. Demək ki, şeirlərimi oxuyurlar. Burada nə var ki, tənqid ediləsi? Yaxşının da pozğunu olur, pisin də. Mən yaxşının pozğunuyam. Təki hamı mənim kimi pozğun olsun. Mənim belə mənasız müzakirələrə ayırası vaxtım da yoxdur. Çünki solo-konsertimə hazırlaşıram".

E.Seyidcahan yeni imicindən də danışıb:

"İmicimi də yeniləmişəm. Saçlarımın rəngi dəyişib. Amma nə silikonum var, nə dolğum, hər şey özümündür".

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR