Veriliş

"Günü Bu Gün"-Uraqan-Hərbidən Qeydlər-Kitab Təqdimatı

  • 28 Oct 2018
  • 516 baxış

Bu gün gənc yazar "Uraqan" ləqəbiylə tanınan Emin Abdullayevin kitab təqdimatı baş tutdu."Hərbidən Qeydlər" adlanan kitabın təqdimatının işıqlandırılmasını XalqTv-yə həvalə edən Uraqan öz sevincini KitabEvim.az mağazalar şəbəkəsində onun üçün toplaşan dostları və yaxınlarıyla,eyni zamanda həmin təqdimatda iştirak edə bilməyən insanlarla XalqTv-in efirində yayımlanan "Günü Bu Gün" adlı verlişin vasitəsiylə bölüşdü.

Həmin kitabın təqdimatının aparıcıları XalqTv-in aparıcısı Mənsurə Həşimova və İctimai radionun aparıcısı Samir Bağıroğlu oldu.

Eminin bu günkü gününə toplaşan,onu sevən insanların hər biri onun ünvanına xoş sözlər deyib, öz arzularını və suallarını Eminə ünvanladılar.Təqdimatın əvvəlində XalqTv-in direktoru Hidayət Möhnətov və Qafqaz Media İctimai Birliyinin Sədri,Prezident Təqaüdcüsü, eyni zamanda XalqTv-in İcraçı direktoru Hacı Azadə Hüseynova çıxış etdilər.Daha sonra orada iştirak edən Eminin yaxınlarından olan hər kəs öz ürək sözlərini bizlərlə bölüşdülər. Eyni zamanda XalqTv-in aparıcılarından olan Jalə Əkbərova,xüsusi muxbir Bahar Quluyeva və XalqTv əməkdaşlarından olan Aytac Rzayeva Eminə öz suallarını və arzularını bildirdilər.Sonda Emin orada iştirak edən hər kəsə təşəkkürünü bildirdi.

Biz də XalqTv komandası olaraqdan Eminə daha da uğurlu işlərə imza atmağı arzu edirik.



RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR