Xəbərlər

Məşhur müğənni İslamı qəbul etdi, azan oxudu - VİDEO - FOTO

  • 26 Oct 2018
  • 501 baxış

Ötən il ad və soyadını dəyişərək Maqda Davitt olmuş məşhur irland müğənni Şineyt O-Konnor dinini dəyişərək İslamı qəbul edib.

XalqTv.com Daily Mail-ə istinadən bildirir ki, 52 yaşlı müğənni katolik xristian idi.

İndi müğənni "Şühada Davitt" olduğunu deyib.

Twitter-dəki akkauntunda bu barədə yazan müğənni bildirib: "Bu, istənilən ağıllı və məntiqli dinşünasın yolunun məntiqi sonudur. Bütün müqəddəs kitablar İslama aparır. Bu, o deməkdir ki, bütün digər müqəddəs kitablar izafidir. İndi yeni adım var - Şuhada".

Ötən cümə günü müğənni azan oxuduğu zaman çəkilmiş videosunu da akkauntunda paylaşmışdı.

Ötən ilin mayında ABŞ-ın Nyu-Cersi ştatındakı "Traveloge" motelinə yollanmış müğənni bu barədə kimsəyə xəbər vermədiyindən itkin düşmüş sayılmışdı. Bir ay sonra isə onda psixikanın bipolyar pozuntusu aşkarlanmışdı,.

1990-cı ildə "I Do Not Want What I Haven't Got" albomuna görə "Grammy" almış müğənni karyerası ərzində bir neçə dəfə musiqini tərk etdiyini demişdi.

XalqTv.com

Videonu izləmək üçün şəklə klikləyin:

Müğənni müsəlman oldu

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR