Şou Bİznes

"Görünüşcə kişidir, amma kişilikdən xəbəri yoxdur”

Masya
Masya
  • 26 Oct 2018
  • 155562 baxış

Bir müddət öncə müğənni Mətanətlə qalmaqal yaşayan tanınmış aparıcı Sərxan Kərəmoğlu qalmaqallı sözləri ilə gündəmi yenidən bir-birinə vurub.

XalqTv.com bildirir ki, yenicag.az-a açıqlama verən Kərəmoğlu həyatında üç nəfəri ömrünün sonuna qədər bağışlamayacağını deyib:

"Şou əhli arasında üç nəfər var ki, onlarla ömürlük yoxam. Biri Mətanətdir, digərlərinin adını çəkməyim, çünki onlar üçün şərəf olar. Onu deyə bilərəm ki, onlardan biri görünüşcə kişidir, amma kişilikdən xəbəri yoxdur".

Kərəmoğlu səhhətindən də danışıb:

"Müalicələrim davam edir. Xarici ölkələrdə müalicə olundum, hazırda da dava-dərman qəbul edirəm. Halım arada gedib-gəlir. Çalışıram hirslənməyim, səhhətimə ziyan vurmayım. Həkimlər hələ bir müddət də dincəlməyimi məsləhət görür. İnşallah, tam sağalım, efirə qayıdacam".

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR