Xəbərlər

"Hərbidən Qeydlər"

  • 24 Oct 2018
  • 372 baxış

Emin Abdullayevdən şəxsi olaraq  XalqTv-yə verilən məlumata görə,oktyabrın 28-də, saat 15:30-dan 18:00-a qədər "Kitabevim.az" mağazalar şəbəkəsinin "28 May" filialında gənc yazar  Uraqanın (Emin Abdullayev) ilk kitabı "Hərbidən qeydlər" kitabının təqdimatı olacaq.O,bildirib ki, "XAN" Nəşriyyatında çap olunan kitabda hərbi xidmətdə yazmış olduğu fəlsəfi düşüncələri, hekayə və məqalələri yer alıb. Cəmiyyətimizdə qaranlıq qalmış bir çox problemlərə toxunulub, həmin situasiyaların həll yolları təklif olunub. Maraqlanan hər kəs İmza günündə iştirak edə bilər. Nəzərinizə çatdıraq ki, əldə etdiyiniz kitabın içindəki əlfəcin sizə İmza günündə 20 Manat dəyərində hədiyyə kartı qazandıra bilər ki, bununla da siz "kitabevim.az" mağazalarından 20 manata qədər alış veriş edib istədiyiniz kitaba sahib ola biləsiniz Kitabın qiyməti 3,50 AZN-dir

Bu çəkilişin öhdəliyini XalqTv öz öhtəsinə götürmüşdür.Hər birinizi bu təqdimata dəvət edirik.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR