Xəbərlər

Van Dammın tryukunu bu dəfə 12 yaşlı azərbaycanlı qız təkrarladı - FOTO - VİDEO

  • 14 Oct 2018
  • 472 baxış

Mingəçevirdə yaşayan məktəbli qız məşhur aktyor Jan-Klod Van Dammın hərəkətlərini təkrarlayıb. Babasının himayəsində böyüyən Jalə İsayevə 7 yaşından məşq edərək istəyinə nail olub. O, Jan-Klod Van Dammın ahıl yaşında gerçəkləşdirdiyi qeyri-adi bacarığı 12 yaşında həyata keçirməyi bacarıb.

XalqTv.com Sputnik Azərbaycan-a istinadən bildirir ki, Mingəçevir şəhəri 18 saylı orta məktəbin 7-ci sinif şagirdi olan Jalə kiçik yaşlarında Jan-Klod Van Dammın iştirak etdiyi "Kikboksçu" filminə baxdığını, sonradan bu idmana və aktyora marağının artdığını deyib: "Van Dammın filmlərini çox sevirəm, internet vasitəsilə hamısını izləmişəm. Yük maşınlarının arasında şpaqat açmasını görəndə qərara gəldim ki, bunu məndə etməliyəm. Əvvəl məşqlərə stulların arasında başladım, sonradan maşının üzərində yoxladım".

Jalənin babası, 5 övlad atası olan Tofiq İsayev yeganə oğlunu Qarabağ müharibəsində itirib. Bundan sonra qız övladının əkiz qızlarından biri olan Jaləni himayəsinə götürüb və onun bütün arzularına dəstək olmağa çalışıb: "Oğul övladım Qarabağ müharibəsində şəhid oldu. Qız nəvəm olan Jaləni anadan olandan himayəmə götürdüm. Körpəliyindən nə istəsə, dəstək olmağa çalışıram. 7 yaşında kompüter istədi, aldım. Kompüterlə Van Dammın kinolarını izlədikcə onun hərəkətlərinə baxıb həvəslənirdi, təkrar etməyə çalışırdı. Mən də arzusunu ürəyində qoymamaq üçün qarşı çıxmadım, dəstək verdim".

O, Jalənin hərəkət edən avtomobillərin üzərində şpaqatda dayanmasına qorxu və həyəcanla baxdığını desə də, nəvəsinin bu məharətindən daha çox fərəh və qürur hissi keçirdiyini söyləyib.

"Hər bir valideyn övladının daha yaxşı gələcəyinin olmasını istəyir" - deyən T.İsayev Jaləni öz istəyi ilə kikboksa yazdırıb. Daha sonra isə kikboksdan çıxararaq gimnastika məşqlərinə yönləndirib.

XalqTv.com

Videonu izləmək üçün şəklə klikləyin:
Van Dammın tryukunu bu dəfə 12 yaşlı azərbaycanlı qız təkrarlad

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR