idman

Yığmamızdan “Neftçi” ilə heç-heçə

  • 13 Oct 2018
  • 17867 baxış


Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

XalqTv.com xəbər verir ki, millimiz Birinci Divizionun 7-ci turunda qarşılaşacağı "Sumqayıt-2" ilə oyuna hazırlaşan "Neftçi-2" ilə üz-üzə gəlib.

Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

U-19-un heyətində Murad Mahmudov dubl edib. Mahmud Qurbanovun çalışdırdığı paytaxt təmsilçisinin heyətində isə Muxtar Əliyev və Pilağa Mehdiyev fərqlənib.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR