Xəbərlər

Bakıda baş həkim avtomobillə piyadanı vurub öldürdü

  • 11 Oct 2018
  • 2347 baxış

XalqTv.com Trend-ə istinadən bildirir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Bakı şəhəri, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Yunusov Arif Əhməd oğlunun idarə etdiyi "Hyundai Sonata" markalı 90-BB-636 dövlət nömrə nişanlı avtomobillə Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.



XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR