Xəbərlər

Sumqayıtda quyuya düşən şəxs xilas edilib

  • 11 Oct 2018
  • 355 baxış

Sumqayıtda 1 nəfər çirkab su quyusuna düşüb.

XalqTv.com Trend-ə istinadən bildirir ki, Sumqayıt şəhərində 1 nəfər çirkab su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri vətəndaşı quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​​

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR