SAĞLAMLIQ

Azərbaycanda kəskin qrip yayılıb? - Baş epidemioloq açıqladı

  • 10 Oct 2018
  • 407 baxış

Hava şəraitindəki kəskin dəyişmələr kəskin respirator virus xəstəlikləri tez-tez müşahidə edilir. Ümumi halsızlıq, qrip əlamətləri, boğaz ağrısı, burun tutulmaları əlamətləri həm uşaqlar, həm də böyüklərdə müşahidə edilir.

Artıq səhiyyə naziri Oqtay Şirəliyev də "2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərlə bağlı əmr imzalayıb.

Əmrdə əhali arasında qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılması, qripə yoluxması ehtimal olunan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsi tapşırılıb.

Bəs hazırda ölkəmizdə qrip və kəskin respirator virus xəstəlikləri ilə bağlı vəziyyət necədir:

XalqTv.com xəbər verir ki, Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, baş epidemioloq İbadulla Ağayev bildirib ki, hazırda respublikada qrip infeksiyası ilə bağlı heç bir təhlükə yoxdur:

"Respublika ərazisində heç bir yoluxucu xəstəlik müşahidə edilmir.Səhiyyə Nazirliyinin tabeliyində olan bütün tibb müəssisələri normal işləyir, hər hansı göstəriş olarsa, həmin halı aradan qaldırmağa hazırıq. Son günlər bəzi bölgələrdə kəskin respirator və qrip xəstəliyinin kütləvi şəkildə müşahidə edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Düzdür, mövsümlə əlaqədar müraciətlər var, lakin bunlar kütləvi hal daşımır. Bəzi məlumatlarda bölgələrdə insanlar arasında xəstəliyin kütləvi hal alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".

İ.Ağayev qripdən qorunma üsullarına da toxunub:

"Qripə yoluxmada əsas səbəb insanların özüdür.Səhiyyə Nazirliyi ev-ev gəzərək insanlara soyuqdan qorunmaq və şəxsi gigiyena qaydalarına əməl etməyi tapşıra bilməz. Hər bir şəxs sanitariya qaydalarına əməl etməlidir. Hava soyuyan kimi geyimlər də dəyişməlidir. Ailədə, işdə xəstə olan şəxslər digərlərindən təcrid edilməlidir. Hər bir insan özü-özünün həkimi olmalıdır. Xəstə olmasına baxmayaraq məcbur qalıb işləyənlər tibbi maskalardan istifadə etməlidirlər. Əks halda ətrafındakı insanları mütləq yoluxdurmuş olacaq. Eləcə də sağlam insanlar özlərini qorumaq üçün maskadan istifadə edə bilərlər. Müəssisə rəhbərləri xəstə halda gələnləri işə buraxmamalıdır. Çünki bir mühitdə olanda mütləq digərləri də yoluxmuş olacaq. Xəstələnən şəxslər sahə həkimlərinə müraciət edib, yalnız həkim təyinatından sonra müalicədə başlamalıdırlar". (publika.az)

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45769 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 609 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 716 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO