Reklam

Binədəki qəzanın bilinməyən səbəbləri - Bu, cinayətdir!

Masya
Masya
  • 03 Oct 2018
  • 74 baxış

Faciəli avtobus qəzası yollarımızda çox ciddi bir təhlükəni də üzə çıxardı. Şübhəsiz ki, bu qəzanın əsas zəmini əksər avtobus sürücülərinin ifrat intizamsızlığı, bəzi adamların onlara yaratdığı cəzasızlıq mühitidir. Bu barədə çox danışılıb. 

XalqTv.com xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib. O qeyd edib ki, dəfələrlə qaldırılan və son hadisədə də qabarıq görünən başqa bir faciə mənbəyi də unudulmamlıdır. Bu faciə mənbəyi dəmiryol keçidlərindəki ciddi qüsurlardır.

Ə. Hüseynov bildirib ki, hadisənin baş verdiyi keçidi (oradan çəkilmiş fotoları, videoları, görənlərin dediklərini) təhlil etdikdə aşağıdakı əsas qüsurlar aydınca görünür:

1. Keçiddəki svetofor işləmir və ya ən pisi - qanunvericiliyə uyğun rejimdə işləmir. Hətta hadisə yerindən çəkilmiş videoreportajdan görünür ki, keçidin yaxınlığında heç bir qatar olmaya-olmaya həmin svetoforun qırmızı işığı yanıb-sönür. Bu eybəcər mənzərə ölkəmizin ərazisindəki bütün dəmiryol keçidlərindədir. Amma bu svetoforun qanunda yazılan iş rejimi var. Həmin qurğu bu rejimdə işləməlidir, camaatı aldatmamalıdır. Rejim də belədir: qırmızı işiq yanırsa və ya yanıb-sönürsə, keçiddə avtomobil və piyada hərəkəti qadağandır, qatar gəlir deməkdir. Qatar yoxdursa, ya svetofor sönməlidir, ya da svetoforda ağ işıq yanmalıdır. Amma bizim keçidlərdəki svetoforlar ya heç vaxt işləmir, ya da günlərlə qatar olmasa da, qırmızı işığı yanıb sönür.

2. Həmin keçiddə 2.5 nişanı yoxdur və stop-xətt də çəkilməyib. Bu iki tənzimləmə vasitəsi çox vacibdir. Ən intizamsız sürücü də onları görəndə daha diqqətli olur.

3. Hadisə yerində ilk çəkilən fotolardan görünür ki, həmin keçiddə şlaqbaum adına bir sarı taxta parçası var (hadisədən sonra onu boyayıb qaydaya salmağa cəhd ediblər, amma yenə də yetərli deyil). Amma şlaqbaumun qanunda dəqiq qeyd edilən rəng tərtibatı var (növbləşən ağ və qırmızı rəng, ortada qırmızı dairə, özü də bunlar hamısı işıqqaytarıcı olmaqla).

4. Hadisə baş verən yerdə olanlar deyirlər ki, bu sarı taxtadan olan şlaqbaum da düz-əməlli işləmirmiş (hadisə anının qeydə alındığı videoda onun bağlı olması görünmür).

5. Keçidin ərazisində və dəmiryolun mühafizə zonasında tikili var. Həmin yaxınlaşan qatarın görünməsini ciddi surətdə məhdudlaşdırır. Xatırladıram ki, dəmiryolun mühafizə zonasında tikintiyə icazə vermək və tikinti aparmaq cinayətdir. (CM-in 222-2-ci və 314-2-ci maddələri).

Ə. Hüseynov bildirir ki, detallar araşdırılsa, xeyli başqa qüsurlar da görünər. "Bir neçə il əvvəl Lökbatanda da keçiddə sərnişin avtobusu ilə qatar toqquşaraq ölənlər və yaralananlar olmuşdu. Belə hadisələrdə intizamsız avtobus sürücləri ilə yanaşı dəmiryol işçiləri də məsuliyyət daşıyırlar. 

Xatırladıram ki, dəmiryol keçidlərinin qeyd etdiyim qaydada təchizatı dəmiryol idarəsinin vəzifəsidir. Amma bu təchizatın yerində və qaydasında olmasına nəzarəti DYP və avtomobil yolunun sahibi də etməlidir.

Çox təəssüf ki, belə sitemli məsuliyyətsizlik faciələrə gətirib çıxarır. Xüsusən də 13 yaşlı yeniyetmə oğlanın həlak olması, körpə uşaqların şikəst olması daha ürəkağridicıdır". 

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
AQUA PARK. ŞIXOV
AQUA PARK. ŞIXOV
  • 27 May 2017
  • 215169 baxış
EURO HOME
EURO HOME
  • 27 May 2017
  • 1521 baxış
Euro home
Euro home
  • 27 May 2017
  • 1425 baxış
AF HOTEL
AF HOTEL
  • 27 May 2017
  • 100607 baxış
Şix Aqua Park
Şıx Aqua Parkı
  • 18 Jun 2017
  • 1947 baxış
Slavyanka Gədəbəy (Azərbaycan Dili)
Slavyanka Gədəbəy (Azərbaycan Dili)
  • 19 Jun 2017
  • 110153 baxış
Aynur Gözəllik Salonu
Aynur Gözəllik Salonu
  • 22 Jun 2017
  • 1684 baxış
Usuplu Qapı Şirkəti
Usuplu Qapı Şirkəti
  • 02 Jul 2017
  • 1352 baxış