idman

Şahmatçılarımız ABŞ və Gürcüstana qarşı

  • 02 Oct 2018
  • 10055 baxış

Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün 8-ci turun oyunları keçiriləcək.

XalqTv.com qol.az-a istinadən xəbər verir ki, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları müvaviq olaraq, ABŞ və Gürcüstanla üz-üzə gələcək. Hər iki görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

7 turdan sonra kişilərdən ibarət yığma Polşa və ABŞ-la birgə hərəyə 13 xalla ilk 3 yeri bölüşür. Qadın millisi isə 11 xalla 8-cidir. 

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR