Xəbərlər

“Səadət sarayı” yenidən təmir olunur? - FOTO

Masya
Masya
  • 25 Sep 2018
  • 156996 baxış

Uzun illərdir, paytaxtda nikah mərasimlərinin keçirildiyi əsas məkan olan Səadət sarayının yenidən təmirə bağlanması barədə məlumatlar yayılıb.

XalqTv.com xəbər verir ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov  bildirib ki, hazırda sadəcə sarayın fasadında təmir işləri aparılır:

"Sarayın fasadında bəzi memarlıq elementləri qopub düşüb, çatlar əmələ gəlib. Ona görə də sadəcə fasadda bəzi işlər görülür, hər hansı bir güclü təmir-bərpa işləri aparılmır. Artıq işlərin 40%-i yekunlaşıb. Təxmini iki ay ərzində görülən işlər yekunlaşacaq". 

Qeyd edək ki, azərbaycanlı milyonçu Murtuza Muxtarov tərəfindən XX əsrin əvvəllərində tikdirilmiş sarayda 2012-ci ildə əsaslı təmir və yenidənqurma işləri aparılıb.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR