Şou Bİznes

Tünzaləyə yardım edənlər efirdə açıqlandı - “Bizimləsən” tənqid olundu + Video

  • 25 Sep 2018
  • 536 baxış

ATV kanalında yayımlanan “Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyev xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva üçün məşhurların göndərdiyi məbləği canlı yayımda açıqlayıb.

XalqTv.com “Qafqazinfo”istinadən  xəbər verir ki, yardımların elan edilməsi isə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Adların efirdə səslənməsini etik hesab etməyən bir çox istifadəçi bunun xəstəliklə mübarizə aparan T. Əliyevaya mənəvi zərbə ola biləcəyini qeyd ediblər. Bəzi istifadəçilər isə 100-200 manat yardım edən xalq artistlərini qınayıblar.

Xatırladaq ki, bir neçə gün öncə əməkdar artist Məlahət Abbasova T. Əliyeanın efirə çıxarılaraq xəstəliyindən reytinq qazanılmasına görə verilişi tənqid etmişdi.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR