Şou Bİznes

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi

  • 25 Sep 2018
  • 398 baxış

Türkiyəli aktrisa Mələk Baykalın səhhəti pisləşib.

XalqTv.com “Habertürk”ə istinadən xəbər verir ki, o, fəqərəarası disk yırtığının şiddətlənməsi səbəbindən xəstəxanaya yerləşdirilib və təcili olaraq əməliyyat olunub.

Həkimlər aktrisanın vəziyyətinin hazırda normal olduğunu bildiriblər. M.Baykalın neçə gün xəstəxanada yatacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, 64 yaşlı aktrisa “Ferhunde hanımlar” (“Nərmin”), “Hayat bağları” (Nurhayat”), “Cənnət məhəlləsi” (Pembe”) serialları ilə populyarlaşıb.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR