Nurəngiz Gün-80
Nurəngiz Gün-80
Dodaqlarımda
təbəssüm.
Bəbəklərimdə
ümid və qürur,
İçimdə
ağlamaq ehtiyacı...
Yol
gedirəm,yorulanadək.
Ovucumda
sirr,
Barmaqlarımda
qabar,
Ürəyimdir...varım-yoxum
Yol
gedirəm,saplağından qırılanadək.
Saçlarımda
rüzgarım,
Ruhumda
ana laylası,
Başımda
məğlub eşqim
Yol
gedirəm, sinəm qaralanadək.
Önümdə
silsilə dağlar,
Sərt
qayalar , soyuq dəniz.
Qərib
canla, bu tək cana, qerub çağı
Yol gdirəm,
özləyib saralanadek.
Arxada
sarp enişlər,
Çiynimdə
Günəş tayasi,
Ağuşumda
Jaləm və titrəyişim...
Yol gedirəm,yol olanadək.
Azərbaycan
Ədəbiyyatında öz dəsti xətti ilə seçilən,şeirləri
ilə əsl insan qəlblərini duyğulandıran, sərbəst vəzində yazdığı əsərləri ilə
xüsusi fərqlənən mərhum mənəvi anam Nurəngiz Gün-80 illik yubleyini Yasamal qəbirstanliğinda
uyduğu məzarından başladıq.Azərbayan yazıçılar birliyinin sədri,Xalq yazıçısı
Anar ve Nurəngiz xanımın ailə üzvləri, qələm dostları,əqidə yoldaşları,həmin tədbirdə
iştirak edirdilər. Nurəngiz Günün qızı millət vəkili, professor Jalə Əliyeva
danışdığı mövzuyla hamımızı kövrəltdi. Yayda qəbirtsanlıq işçilərinin Jalə
xanıma telefon açaraq qəbr üstündə bir çiçəyin bitməsi haqqında ona məlumat
veriblər. Jalə xanım oraya gəldiyində torpaqda bir ağ bənövşənin bittiyinin
şahidi olub. Yadına isə Nurəngiz xanımın bir şeirində “ Köksün üstə bir ağ bənövşə bitəcək” sözləri düşüb və çox təsirlənib.
Mən isə deyərdim ki, bu ağ bənövşə ruhunun yaşadığına bir işarədir. Azərbaycan
Yazıçılar Birliyinin Natavan Kulubunda Nurəngiz Günün 80 illik yubileyinə həsrv
olunmuş tədbirə giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəsul Məcid
açtı və ilk sözü Azərbaycan Yazıçılar Birliyinin sədri dəyərli ziyalımız xalq
yazıçısı Anar Rəsuloğluna verdi. Anar məllim
Nurəngiz Gün haqqında ən xoş xatirələrini və onu heç bir yazıçıya bənzəmədiyini
dilə gətidi. Sonra dəyərli Millət Vəkilimiz Qənirə Paşayeva, xalq şairi, AYB
katibi Fikrət Qoca, xalq şairi Nəriman Həsənzadə, QHT sədri Tənzilə Rüstəmxanlı,professor
Akşin Babayev, alim Şərəf Cəlili, Nurəngiz
xanıma “ Güllərin Soyqırımı” kitabını yazmışdır.
Şair Maşallah Məftun, Vektor nəşriyyatının prezidenti Elçin İsgəndərzadə, Kredo qazetinin baş redaktoru Əlirza Xəlfli, dəyərli yazıçımız İslam Sadıq və b. çıxış edərək Nurəngiz xanımın fərqli keyfiyyətlərindən danışdılar. Onun necə sadə, necə insanpərvər bir ziyalı olduğu haqqında geniş məlumat verdilər. Sonda Nurəngiz Günün şah əsəri olan ictimai xadim, millət vəkili professor gənclik illərimin ən sadiq dostlarından olan Jalə Əliyeva çıxış edərək başda Anar məllim olmaqla Nurəngiz xanımı anam hər kəsə təşəkkürünü bildirdi. Nurəngiz Gün haqqında xüsusi sayt yaratdığına görə Hüseyn Cavadzadəyə minnətdarlığını bildirdi. Nurəngiz Günün nəvəsi həkim Müjgan Onk nənəsinin bu günkü ağ göyərçin örpəyinə bürüyən insanların hər birinə təşəkkürünü bildirərək Nurəngiz Günü unutmadıqlarına görə hamıya təşəkkürünü bildirdi.
Hacı Azadə Hüseynova: XalqTv-in direktoru, Qafqaz Media İctimai Birliyini sədri, Prezident Təqaüdçüsü.