Şou Bİznes

Rəşid Behbudovun qızı Mehriban Əliyevaya müraciət etdi - Tünzalə üçün (FOTO)

  • 21 Sep 2018
  • 416 baxış

in məlumatına görə, müğənni Rəşidə Rəşid aktrisanın göz yaşlarına biganə qala bilməyib. R. Rəşid T. Əliyevaya görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib. 

Müğənni "Facebook" hesabında yazdığı müraciətində bunları qeyd edib:


"Bizim sevimli aktrisamızın bu qəmli gözlərinə necə baxmaq olar axı! İnsan kömək istəyir! O, dəfələrlə bizə gülüş və sevinc bəxş edib! Neçə-neçə evdə onun iştirakı ilə veriliş gedəndə insanlar televizor qarşısından ayrılmırdılar! Heç kəs paylaşmadı! Bəlkə, mən nə isə bilmirəm, bəlkə də dövlət qurumları artıq onun halı ilə maraqlanır! Amma siz, "Facebook" istifadəçiləri, məşhur aktrisanın ağrı-acısını paylaşmadınız! Onun ailəsi, həyat yoldaşı, uşağı var. Təkcə dualar ona kömək etməyəcək! Mehriban Əliyevadan xahiş edirəm ki, ona yardım etsin, necə ki, o, bu günə qədər onlarla insanı xilas edib! Əziz, Mehriban xanım, bizim birinci-ledi, bizim Birinci vitse-prezident, xahiş edirəm, bizim məsum Azərbaycan qadınına, anasına həyata qayıtmaqda kömək edin! Böyük hörmətlə, ürəkdən sizdən xahiş edirəm! Bilirəm, əziz Mehriban xanım, siz hər şeyi bacarırsınız!".

Hüseyn Məmmədsalahov
BAKU.WS

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR