Xəbərlər

Azərbaycanda 115 nəfəri ilan, əqrəb və qara qurd sancıb

Masya
Masya
  • 20 Sep 2018
  • 152408 baxış

XalqTv.com  xəbər verir ki, bunu Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, Azərbaycanda aprel ayından indiyədək 71 nəfər ilansancma, 18 nəfər qaraqurd, 26 nəfər sarı əqrəb sancması şikayəti ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib.

A.Maqsudov qeyd edib ki, qaraqurd və sarı əqrəb sancmaları ilə bağlı şikayətlər əsasən Bakıətrafı ərazilərdə yaşayan insanlar tərəfindən daxil olub.

Şöbə müdiri bildirib ki, statistikaya əsasən, ilansancma ilə bağlı xəstəxanaya müraciətlər daha çox Şirvan şəhəri və Hacıqabul, Yevlax, Bərdə, Kürdəmir, Qəbələ rayonlarından daxil olur.

Onun sözlərinə görə, yanvar ayından indiyədək 118 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanada müalicə alıb.

A.Maqsudov əlavə edib ki, bu il qeyd edilən sancma və dəm qazından zəhərlənmə hadisələri nəticəsində ölüm baş verməyib.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR