Şou Bİznes

Məşhur bacılar arasında dava böyüyür

  • 20 Sep 2018
  • 156081 baxış

XalqTv.com qafqazinfo-ya istinadən xəbər verir ki, hər iki şəxs bu dəfə instaqram sosial şəbəkəsində mübahisə ediblər. H.Açıkgöz ötən gün "İntiqamın xoş bir söz olduğunu düşünürsüz?" yazaraq bacısına söz atıb. 

Hadisə isə "İntiqam? Xeyr, çox tənbələm. Oturub işlərin qaydasına düşməsini gözləyəcəm" deyə bildirib. Hülya daha sonra "Sadəcə olaraq, məni izlə. Həyatın sosial mediadan ibarətdir, sən oranın sahibisən. Kədərləndirici bir hekayədir" deyə müğənniyə sərt cavab verib. 

Xatırladaq ki, Hadisə bir neçə həftə bundan əvvəl prodüser bacısı Hülya və dizayner bacısı Dərya ilə əməkdaşlığa son qoyub. Sənətçi məhkəməyə müraciət edərək H. Açıkgözün onun adından istifadə edərək xeyli miqdarda pul mənimsədiyini iddia edib.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR