Siyasət

NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini yenidən vurğulayıb

  • 20 Sep 2018
  • 151286 baxış

XalqTv.com Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında alyansın Baş katibinin müavini Rouz Qottemüller deyib.

O deyib: "Biz ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan prezidentlərinə münaqişənin sülh yolu ilə həllində göstərdiyi dəstəyi alqışlayırıq".

R.Qottemüllerin sözlərinə görə, NATO Azərbaycan kimi tərəfdaşı olmaqdan məmnunluq duyur: "Biz Azərbaycanın maraqlarına cavab verən layihələrdə birgə işləyirik. O cümlədən, müdafiə sahəsində təsisatların inkişafında birgə layihələrimiz var. Hesab edirik ki, bu layihələr Azərbaycanın dünya birliyinin aparıcı üzvü kimi inkişafında böyük rol oynayacaq".

NATO rəsmisi həmçinin ABŞ Əfqanıstanda sülhməramlı əməliyyatlarda Azərbaycanın vacib rolunu yüksək qiymətləndirib.

XalqTv.com



RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR