Xəbərlər

Tanınmış yazar və aparıcı vəfat etdi - FOTO

  • 19 Sep 2018
  • 360 baxış

Britaniyanın məşhur aparıcı və yazarı Denis Norden vəfat edib.

XalqTv.com Mirror-a istinadla xəbər verir ki, o, 96 yaşında dünyasını dəyişib. Denis son həftələrini Londondakı "Royal Free Hospital"da keçirib.

Aparıcının ölümü barədə məlumatı onun övladları verib.

"Atamızın sağalması üçün əlindən gələn köməkliyi əsirgəməyən bütün həkimlərə sonsuz təşəkkür edirəm. O, çox gözəl insan, yaxşı ata idi. Hər zaman qəlbimizdə yaşayacaq", - övladları bildirib.

Qeyd edək ki, Denis ITV-də yayımlanan "It'll Be Alright On The Night" verilişinə aparıcılıq edirdi.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR