Xəbərlər

Prezident İlham Əliyevin oğlu hərbi xidmətə yola salınıb (FOTOLAR)

  • 16 Sep 2018
  • 521 baxış

Bakı, 16 sentyabr,XalqTv.com. Sentyabrın 16-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

XalqTv.com SalamNews-a istinadən  xəbər verir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində keçirilən mərasimdə and içən gənc əsgərlər sırasında Azərbaycan Prezidentinin oğlu, burada hərbi xidmət keçən Heydər Əliyev də var.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR